Site icon Aznews TV

Türkmənsəhrada iki uşaq elektrik kəsilməsinin qurbanı olub

Rokna Xəbər Agentliyinin məlumatına görə, evdə elektrik enerjisinin kəsilməsi zamanı daxili qaz təchizatı sistemindən sızma baş verib və elektrik enerjisi yenidən qoşulduqdan bir neçə dəqiqə sonra qığılcım güclü partlayışa səbəb olub. Partlayışın intensivliyi o qədər böyük olub ki, ev tamamilə dağılıb. Binanın divarlarının uçması nəticəsində iki azyaşlı uşaq həyatını itirib.

Yayılan videolarda bu türkmən uşaqların anası deyib: “Onlar sadəcə yaşamaq istəyirdilər. Birdən evdə elektrik kəsildi və partlayış oldu. Gələndə divarın qızımın üstünə uçduğunu gördüm”.

Qeyd edək ki, iranda enerji və su böhranı getdikcə daha böhranlı hal alır.

Exit mobile version