
Zavodda yanğın dünən gecə yarısı başlayıb. Hadisə yerinə cəlb edilən Yanğından Mühafizə İdarəsinin qüvvələri yanğının karxananın digər bölmələrinə də yayılmasının qarşısını ala biliblər. Xoşbəxtlikdən hadisə nəticəsində ölən və yaralananlar olmayıb. Hazırda yanğının baş vermə səbəbi araşdırılır. Xatırladaq ki, son günlərdə İranda bir neçə şübhəli yanğın və partlayış hadisəsi baş verib.