Site icon Aznews TV

UEFA Avropa Liqası: “Qarabağ” Norveçdə “Molde”nin qonağı olacaq

Aznewstv xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Norveçdə “Molde”nin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü Erik Lambrextsin başçılıq etdiyi belçikalı hakimlər briqadası idarə edəcək.

6 xala malik komandalar H qrupunda 2-3-cü yerləri bölüşdürürlər. Azərbaycan çempionu qələbə qazanacağı təqdirdə Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirəcək.

Qrupun digər matçında Almaniyanın “Bayer 04” klubu İsveçdə “Hakken”in qonağı olacaq. Bu oyun da eyni saatda başlayacaq.

UEFA Avropa Liqası

Qrup mərhələsi, V tur

00:00. “Molde” (Norveç) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika).
Norveç. Molde stadionu.

Exit mobile version