Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

Uitkoff: ABŞ AEBA ilə İranla mümkün nüvə sazişini müzakirə edir

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə proqramı ilə bağlı mümkün razılaşma ilə bağlı müzakirələrdə iştirak edir.

“ANT”nin xəbərinə görə, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff “Fox News”a müsahibəsində deyib.

Uitkoffan yeni oxşar müqavilənin necə ola biləcəyi və ona riayət olunduğunu yoxlamaların necə aparılacağı soruşulub. “İlk növbədə, AEBA cəlb olunub. Mən AEBA-nın baş direktoru Rafael Qrossi ilə hər gün dəfələrlə danışıram. O, mənim İranın uranı zənginləşdirmək imkanlarının aradan qaldırılması ilə bağlı verdiyim qiymətləndirmələrlə razılaşır”, – Uitkoff cavab verib.

O əlavə edib ki, ABŞ Tehranla da danışıqlar aparır. “Düşünürəm ki, danışıqlar perspektivlidir”, – ABŞ liderinin nümayəndəsi bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button