CəmiyyətDünya

Ukrayna, Azərbaycan, Ermənistan və Gürcüstanda koronavirusla bağlı vəziyyət

Koronavirusun yayılmasının qarşısını almaq üçün Ukraynada karantin tədbirləri gücləndirilib, Gürcüstanda 10-dan çox insanın toplaşdığı tədbirlər qadağan olunub, Ermənistanda restoran və kafelər bağlanıb və Azərbaycanda xüsusi karantin rejimi icra edilib.

Ukrayna rəsmiləri koronavirusunun yayılmasının qarşısını almaq üçün şəhərdə qərəntinə tədbirlərini gücləndiriblər.

Kiyev şəhrdarı Vitaliy Kliçko ötən gecə bu barədə televizyonda məlumat verərkən deyib:

“Mağazalar, ticarət mərkəzləri və apteklər də daxil olmaqla, bütün ictimai yerlərdə nəzərdə tutulmuş artıq tədbirlərə uyğun olaraq, bura gələnlərin sayına daha geniş məhdudiyyətlər qoyulur. Bu yerlərdə hər 10 kub metr üçün yalnız bir alıcı olmalıdır.

Gürcüstanda isə hökumətin qərarı ilə 10-dan çox insanın iştirak etdiyi istənilən kütləvi tədbirin keçirilməsini qadağan edilib.

Ermənistanın baş vəziri Nikol Paşinyan da ölkədəki bütün restoran və barların bağlandığını açıqlayıb. Onun sözlərinə görə, bu addım korona virusunun yayılmasının qarşısını almaq hədəfi ilə Ermənistanda fövqaladə vəziyyət şəraitində atılır. Ermənistanda martın 25-dək 235 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

Azərbaycan Respublikası öz ərazisində xüsusi karantin rejimi icra etməyə başlayıb. Bundan öncə Rusiya ilə Azərbaycan arasında sərnişin qatarlarının hərəkətinin dayandırıldığı bildirilmişdi. Azərbaycan rəsmiləri virusun yayılması ilə bağlı ölkədə ümumi nəqliyyat vasitələrinin hərəkətinə də məhdudiyyətlər qoyub.

İndi Azərbaycanda koronavirusa 129 yoluxma təsdiqlənib, 3 nəfər ölüb, 15 nəfər isə sağalıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close