Site icon Aznews TV

“Ukrayna müharibəsində İran heç bir tərəfə hərbi yardım göstərmir” – Abdullahiyan

 İRNA agentliyi xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Cenevrədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitslə görüşündə deyib.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran aktual beynəlxalq məsələləri, o cümlədən Suriya, Yəmən, Əfqanıstan və Ukraynadakı humanitar vəziyyəti müzakirə ediblər.
İran XİN rəhbəri BMT-nin baş katibi ilə apardığı danışıqlara işarə edərək vurğulayıb ki, adıçəkilən ölkələrlə bağlı humanitar məsələlərə beynəlxalq ictimaiyyət daha çox diqqət ayırmalıdır.
Exit mobile version