Bunu Ağ Evdə keçirilən mətbuat konfransında milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
“Bu sammitdə müttəfiqlər Ukraynaya dəstək nümayiş etdirəcək.
Putin bu müharibəyə başlayanda Qərb birliyinin parçalanacağını, NATO-nun parçalanacağını və Ukraynaya dəstəyin zamanla azalacağını gözləyirdi. O, səhv edib” dedi.
Eyni zamanda o, ABŞ-ın Ukraynaya Rusiya təcavüzünü dəf etmək üçün koalisiya yaratdığına diqqət çəkib.
“Biz öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan ukraynalıların yanındayıq.
Vilnüsdə prezident Bayden müasir çağırışlara, o cümlədən Rusiyanın təcavüzünə və iqlim dəyişikliyinə cavab verəcək bir baxış təqdim edəcək”, – deyə milli təhlükəsizlik müşaviri yekunlaşdırıb.