Site icon Aznews TV

Ukrayna prezidenti: Rusiya İrana iki min pilotsuz təyyarə sifariş edib

İsrailin “Haaretz” qəzetinin təşkil etdiyi konfransda çıxış edən Vlodimir Zelenski deyib ki, Ukraynanın əldə etdiyi məlumata görə, Rusiya İrana iki minə yaxın “Şəhid” pilotsuz təyyarəsi sifariş edib.

Ukrayna prezidentinin verdiyi məlumatdan Rusiyanın İrandan pilotsuz təyyarələrin alınması ilə bağlı əvvəlki sifarişlərinin cəmi olub-olmadığı və ya Moskva ilə Tehran arasında yeni hərbi sazişləri nəzərdə tutulduğu məlum deyil.

Cənab Zelenski əlavə edib ki, “İran pilotsuz təyyarələrinin mənfur səsi hər gecə ölkəmizin səmasında eşidilir”.

Rusiya son dövrlərdə İranın pilotsuz təyyarələri ilə Ukrayna infrastrukturuna hücum edib və Ukraynanın qərb əyalətləri də daxil olmaqla, onlarla mülki vətəndaşı qətlə yetirib.

Ukrayna prezidenti bildirib ki, “görünür, Rusiya İrandan aldığı dronlar qarşılığında İranın nüvə proqramının inkişafına kömək edir”.

Exit mobile version