Site icon Aznews TV

Ukraynada müharibə nəticəsində 500 uşaq həlak olub

bu barədə Ukrayna Baş prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, müharibə nəticəsində Ukraynada 1597-dən çox uşaq zərər çəkib, 500 uşaq həlak olub, 1097-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu, yekun rəqəmlər deyil. Zərər çəkən uşaqların müəyyən edilməsi üçün döyüş yerlərində, müvəqqəti tutulmuş və azad edilmiş ərazilərdə işlər davam etdirilir.
Uşaqların ən çox Donetsk (485), Xarkov (298), Kiyev (129), Xerson (118), Nikolayev (97), Zaporojye (99), Çerniqov (71) və Luqansk (67) vilayətlərində zərər çəkdiyi bildirilir.
Exit mobile version