Site icon Aznews TV

Ukraynanın səhiyyə naziri koronavirusa yoluxub

Ukraynanın səhiyyə naziri Maksim Stepanov koronavirusa yoluxub.

Bu barədə nazir özünün “Facebook” səhifəsində yazıb.

“Dostlar, ehtiyatlı olmağıma və bütün təhlükəsizlik qaydalarına riayət etməyimə baxmayaraq, təəssüf ki, bu gün COVID-19 testim müsbət nəticə verdi. İndi özümü təcrid etmişəm, evdəyəm. Məsafədən işləyəcəm, gündəlik brifinqlər aparacam”, – deyə M.Stepanov yazıb.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski və onun ofisinin rəhbəri Andrey Yermak da koronavirusa yoluxmuşdu.

Exit mobile version