İranSiyasət

Ulduz Qasimi, Cavad Əhmədi və Əmir Səttari Urmu Məhkəməsinə çağırıldılar

Azərbaycanlı üç fəal Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari Urmu Prokurorunun müavininin şikayətindən sonra elektron çağırış vərəqəsi alaraq Ümumi və İnqilab Məhkəməsinə çağrılıblar. Çağırışa əsasən, onlar oktyabrın 9-da Məhkəmədə gəlməlidirlər. Sözügedən üç şəxs bu ilin aprelində irəli sürülən ittihamlardan Sulduz rayon Cinayət Məhkəməsi tərəfindən bəraət alıblar.

Aznews.tv Azərbaycan Hərəkatının telekanallarına istinadən verir ki, Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari Urmu Prokurorunun müavininin şikayəti əsasında bu şəhərin Ümumi və İnqilab Məhkəməsinə çağrılıblar.

Çağırışa əsasən, Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari “qeyri-qanuni tədbirlərdə iştirak edərək və milliyətçiliyə dair sənədlərlə ictimai asayişi pozmaq” maddəsi ilə Urmu rayon prokurorunun müavininin şikayəti əsasında oktyabrın 9-da özlərini şəhərin Ümumi və İnqilab Məhkəməsinə təqdim etməlidirlər.

Qeyd edək ki, bu ilin iyul ayında Əmir Səttarinin atası girov qoyulmuş əmlakın sənədlərini geri almaq üçün Sulduz məhkəməsinə müraciət etdikdə, ona yuxarıda adı çəkilən şəxslərin barələrində məhkəmə işinin “təhlükəsizlik orqanlarının təzyiqi” ilə yenidən açıldığı bildirilib.

Sözügedən üç vətəndaşın məhkəmə iclası bu il aprelin 7-də hakim Kiumərsinin sədrliyi ilə Cinayət Məhkəməsinin 2 saylı şöbəsində keçirilib və hər üçü aprelin 14-də bəraət alıb.

2018-ci il mayın 25-də bu üç vətəndaş daha bir neçə Qərbi azərbaycanlı fəalla birlikdə Nəqədənin Gülzar şəhidlər xiyabanında 2006-cı i qanlı iyun etirazlarının 12-ci ildönümünə həsr olunan tədbirdə iştirak etdikdən sonra təhlükəsizlik xidməti tərəfindən saxlanılır və bir neçə saat sonra həmin üç vətəndaş istisna olmaqla bütün məhbuslar sərbəst buraxılıb.

Ulduz Qasemi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari bir neçə gün sonra girov müqabilində Təhlükəsizlik İdarəsinin təcridxanasından azad ediliblər.

Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari Raufa qarşı irəli sürülən ittihamlarla bağlı ilk məhkəmə iclası ötən il yanvarın 15-də Sulduz Cinayət Məhkəməsinin 103 saylı şöbəsində keçirilib. Hazırda Təbriz həbsxanasında cəza çəkən Əmir Səttari məhkəmə iclasına buraxılmayıb və məhkəmə iclası onun iştirakı olmadan keçirilib.

Qeyd edək ki, həmin vətəndaşların barələrindəki məhkəmə işinə daha əvvəl müstəntiq tərəfindən xitam verilib və təhlükəsizlik qüvvələrinin təzyiqi ilə Sulduz prokuroru tərəfindən yenidən açılıb.

Əmir Səttari Rauf 2018-ci il yanvarın 1-də ümumxalq etirazları zamanı saxlanılıb və 25 gündən sonra girov müqabilində sərbəst buraxılıb. O iyunun 6-da Təbriz İnqilab Məhkəməsinin 2 saylı şöbəsi tərəfindən “milli təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə 7 aylıq həbs cəzasına məhkum olub və qərar Şərqi Azərbaycan vilayəti Apellyasiya Məhkəməsinin 3 saylı şöbəsi tərəfindən qüvvədə saxlanılıb. Ötən il iyulun 10-da 7 aylıq cəzasını çəkmək üçün Təbriz həbsxanasına göndərilən Səttari məhkumluğunun üçüncü ayında “rəhbəri təhqir etmək” ittihamı ilə Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsi tərəfindən yenidən altı ay həbs cəzasına məhkum edilib.

Təbriz İnqilab Məhkəməsinin 11 saylı İcrası şöbəsi 2018-ci ilin 20 noyabrında məhkumun  xəbəri olmadan iki məhkəmə işini birləşdirib və bunun ardınca Şərqi Azərbaycan vilayətinin 3 saylı şöbəsi çıxarılan məhkəmə qərarlarını “Şəriət qanunlarına aşkar şəkildə zidd” adlandıraraq, barəsində 7 ay həbs cəzası qüvvədə saxlanılmaqla və icra edilməklə 5 ilədək artırılıb.

Ulduz Qasimi 2018-ci il noyabrın 10-da Sulduz İnqilab Məhkəməsinin 1 saylı şöbəsi tərəfindən bir il həbs cəzasına məhkum edilib. O nəhayət bu ilin mart ayının 31-də tarixində Qərbi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin bir saylı şöbəsi tərəfindən həbs yerinə, 5 milyon tümən nağd cəzasına məhkum edilib.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button