Dünya

KORONAVİRUSUN DAVASI ÜÇÜN MİLYARDLARLA DOLLAR AYRILDI

Ordibehişt ayının 15 tarixində Avropa Birliyi, Britaniya, Norvej və Ərəbistan tərəfindən keçirilmiş və bütün dünyadan bir sıra sair ölkələrin də qatıldığı məcazi toplantıda koronanın önlənməsi, təşxisi və müalicəsi üçün 8 milyard dolların ayrılması qərarına gəlinib.

Ordibehişt ayının 15 tarixində Avropa Birliyi, Britaniya, Norvej və Ərəbistan tərəfindən keçirilmiş və bütün dünyadan bir sıra sair ölkələrin də qatıldığı məcazi toplantıda koronanın önlənməsi, təşxisi və müalicəsi üçün 8 milyard dolların ayrılması qərarına gəlinib.
Toplantıya Kanada, Japon, Cənubi Afrika və 10-larla ölkələrin rəhbərləri qatılsa da, koronaya ən çox tutulmuş ölkə olaraq Amerika bu toplantıdaa iştirak etməyib. Koronanın yayıldığına başlanğıc ölkə olan Çin tərəfindən də ancaq bu ölkənin Avropa Birliyində nümayəndəsi qatılıb.
Amerika dövlətinin məqamlarından biri Royterzlə danışığında ölkənin koronaya qarşı bu cəmi təlaşa qatılmadığı barədə bəlli bir tozih verməyib.
Qeyd edək ki, 8 milyard dolar məbləğ bu barədə olunmuş pişbinilərə uyğun ayrılmasına baxmayaraq hələ birinci mərhələ sayılır və Avropa Birliyi Komisionunun rəyisi Ursula Von Der Leynin bir müddət qabaq bildirdiyinə görə, tədricən daha çox pula ehtiyac olacaq. Ursula Von Der Leyn bu təsmimi dünyada sabiqəsi görünməmiş bir həmkarlıq kimi tosif edib.
Von Der Leynin sözlərinə görə, bu təvafuq olunmuş 8 milyard dolardan 3 milyardı vaksinin düzəldilməsi, tolidi və paylanmasına sərf olunacaq, 2 milyard 250 milyon doları koronanın müalicəsi yolunun tapılmasına, 750 milyon dolar sınaq kitlərinin hazırlanmasına və 750 milyon dolar da lazım olan qoruma ləvazimin zəxirə olunmasına lazım olacaq.
Qalmış 1 milyard 250 milyon dolar da ən ziyana məruz qala bilən ölkələri himayət üçün Dünya Behdaşt Sazmanına veriləcək.
Bu toplantıda şirkət etmiş rəhbərlərin çoxu tapılacaq vaksinin ancaq sərvətli ölkələrə deyil, hamının ixtiyarına verilməsinə təkid ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button