Site icon Aznews TV

Ümumdünya Səhiyyə Təşkilatı: Koronavirusa yoluxanların sayı azalır

“Artıq üçüncü həftədir ki, dünyada koronavirusa yoluxma hadisələrinin sayı azalır”. Bunu Dünya Sağlıq Təşkilatının Baş müdiri Tedros Adanom Qebreyesus Jenevdə keçirdiyi toplantıda deyib. Onun sözlərinə görə, bu nəticə pandemiyə qarşı tədbirləri davam etdirməklə virusun yayılmasının qarşısını almağın mümkünlüyünü göstərir. Qebreyesus müvafiq tədbirləri davam etdirməyin son dərəcə vacib olduğunu diqqətə çatdırıb: “Koronavirusun yayılmasının idarə edilməsi həyatımızı xilas etməklə yanaşı, yeni növlərin yaranma şansını azaldır”,-deyə o, bildirib.

Exit mobile version