Site icon Aznews TV

Urmiyədə antiterror aksiyasına qatılan azərbaycanlı cütlük həbs edilib

Bu azərbaycanlı milli fəallar 2025-cü il martın 2-i şənbə günü bu mitinqə qatılmaq üçün Təbrizdən Urmiyəyə getmişdilər. Onlar evlərinə qayıdan zaman rejimin təhlükəsizlik agentləri tərəfindən nəzarət-buraxılış məntəqələrinin birində həbs edilərək naməlum bir yerə aparılıblar.

İran rejimi açıq şəkildə kürd terror qruplarına dəstək verməklə, kürdlərə təşviq paketləri paylamaqla, o cümlədən pulsuz qaçaqmalçılıq yolu ilə gəlir əldə etmələrinə imkan yaratmaq və Qərbi Azərbaycanda əsas postları kürdlərə verməklə, Qərbi Azərbaycanı kürdləşdirmək, Güney Azərbaycan türkləri ilə Türkiyə və Azərbaycan cümhuriyətləri arasında sədd yaratmağa çalışır.

Exit mobile version