Dünya

Türkiyədə gündəlik yoluxma sayı 6 mini keçdi

Türkiyədə son sutka ərzində 139 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Bunu ölkənin Səhiyyə naziri Fahrettin Koca deyib.

Nazirin sözlərinə görə, 6017 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 12 358-ə, virusa yoluxanların sayı isə 446 822 nəfərə çatıb.

Türkiyədə indiyədək 374 637 pasiyent (son sutkada 3812 nəfər) sağalaraq evə buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button