Azərbaycanİran

Güneyli alimin xanımı Avropa Birliyinə müraciət etdi: “yoldaşımın öldürülməsinə imkan verməyin”

Güney azərbaycanlı alim Əhmədrza Cəlalinin xanımı Vida Mehranniya Avropa Birliyinə müraciət edib.

Əslən Güney Azərbaycanın Sərab şəhərindən olan və edama məhkum edilmiş İsveç vətəndaşı Əhmədrza Cəlalinin xanımı Vida Mehranniya Avropa Birliyinə müraciət edərək həyat yoldaşının İran hökuməti tərəfindən öldürülməsinə icazə verməmələrini istəyib.

“Ümid edirəm ki, Avropa Birliyi qəti addım ataraq Əhmədrzanın evə qaytarılmasına nail olacaq. Avropa Birliyi günahsız bir insanın qeyri-insani şəkildə öldürülməsinə göz yummamalıdır”-deyə, Almaniyanın ZDE televizya kanalına müsahibə verən Mehranniya bildirib.

Qeyd edək ki, Əhmədrza Cəlali əslən Şərqi Azərbaycan əyalətinin Sərab şəhərindəndir və 2016-cı ildə İsveçdən İrana elmi konfransa səfər etdiyi zaman həbs olunub.

Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini “İsrailə casusluq” ittihamı ilə edama məhkum edib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Mayın 4-də İran mediası edama məhkum olunan və hazırda Evin zindanında saxlanılan Əhmədrza Cəlalinin yaxın günlərdə edam ediləcəyini yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button