Site icon Aznews TV

Urmiyada evsizlərin sayı artıb: İnsanlar parklarda gecələyirlər

Bu barədə fəallar sosial mediada foto və videolar paylaşıblar. Bildirilir ki, son vaxtlar şəhərin müxtəlif bölgələrindəki parklarda, körpülərin altında, şəhərətrafı xarabalıqlarda belə hallara çox rast gəlinir.

Bundan əvvəl Urmiya Şəhər Şurasının keçmiş başçısı Məhəmməd Xəlilpur küçələrdə kartonlarda gecələyən insanların çoxaldığını bildirib. O, evsizlərin yerləşdirilməsi üçün sığınacağın olmadığını deyib.

Qeyd edək ki, son illər inflyasiya, yoxsulluq və işsizliyin artması nəticəsində İranın əksər bölgələrində evsizlərin sayı çoxalıb.

#Azerbaycaninguneyi #Urmiya

Exit mobile version