Site icon Aznews TV

Urmiyada Savalan adına olan park lövhəsi götürülüb

Bu barədə yerli media fəalları məlumat və fotolar yayıblar.

Bildirilib ki, Savalan adına lövhənin götürülməsi ETTELAAT-ın yerli bölməsinin Urmiya bələdiyyəsinə tapışırığı əsasında həyata keçirilib.

Qeyd edək ki, 2022-ci ilin iyun ayında Urmiya Şəhər Şurasında keçirilən toplantıda şəhərdə türkcə yer adlarının qoyulması və bərpasına etiraz edilib.

Şəhər Şurasının qeyri-türk üzvlərinin “Yaşıl bağ” parkının adının türkcə qoyulmasından narahatlıqlarını bildirmələri Şəhər Şurasının komissiya üzvü Gülşən Novruzinin etirazına və şura üzvləri arasında mübahisəyə səbəb olmuşdu.

#Urmiya

Exit mobile version