Cəmiyyətİran

Urmiyada saxta spirtli içki istehsal edən 2 yeraltı emalatxana aşkarlandı

Urmiyada saxta spirtli içki istehsal edən 2 yeraltı emalatxana aşkarlanıb. 

Bu barədə Qərbi Azərbaycan Tibb Elmləri və Sağlamlıq Xidmətləri Universiteti Qida və Dərman İdarəsi direktorunun müavini Cəlal Qafarzadə məlumat verib.

“Urmiyada saxta spirtli içki istehsal edən yeraltı emalatxana ələ keçirildi. Bunların biri məsaleh mağazasına aiddir ki, dezinfeksiyaedici saxta məhlul istehsal edib satırdı. Bu emalatxanada içməli su ilə tiner qarışdırılaraq bir litrlik şüşələrə doldurulub satılırdı. Məkandan 54 şüşə icazəsiz dezinfeksiyaedici maddə ələ keçirildi. Sahibi isə məhkəmə orqanlarına təhvil verildi. Onun vəziyyəti müəyyənləşdirilənə qədər mağazası bağlı qalacaq. İkinci yeraltı emalatxana bir yaşayış evidir. Burada qanunsuz olaraq saxta dezinfeksiyaedici məhlullar istehsal edilirdi. Bu evdən 270 şüşə saxta məhlul ələ keçirilib. Habelə, bu evin hamam quyusuna 20 litrlik 4 qab saxta dezinfeksiyaedici boşaldılıb. Evin sahibi də prokurorluğun izni və əmri ilə məhkəmə orqanlarına təhvil verilib”.

Related Articles

Bir cavab yazın

Back to top button