Cəmiyyətİran

Urmiyanın avtobuslarının 80 faizi köhnədir

Urmiyanın avtobuslarının 80 faizi köhnədir.

Bu sözləri Urmiyanın Nəqliyyat İdarəsinin rəisi Mehdi Mojdeifər deyib. O qeyd edib ki, Urmiyada fəaliyyət göstərən avtobusların yaşı on ildən çoxdur istiadə edilir və standart limiti keçib:

“Özəl bölmədə 293, mülki bölmədə 49 avtobus fəaliyyət göstərir. Aralarında 39 avtobus dövlətə, idarələrə, ali məktəblərə aiddir. Artıq 8-9 ili keçib. 2019-cu ildə 60 avtobus təmir olunub. Avtobuslar “qazol” yanacağı ilə işlədiyinə görə istər-istəməz tüstüsü çox olan bir nəqliyyat vasitəsinə çevrilir”.

Mojdeifər avtobusların qiymətlərinin dəhşətli bahalaşması, büdcənin zəifliyi və avtobus müəssisələri ilə müqavilə vaxtının bitməsindan danışıb. O, 2020-ci ildə şəraitin yaxşılaşmasından sonra 16.5 milyard tümən dəyərində olan 10 avtobusun alınmasının nəzərdə tutulduğunu bildirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close