
“Urmu 90” futbol komandasının cümə günü “Mələvan Bəndər Ənzəli” komandası ilə görüşü olacaq.
Aznews.tv xəbər verir ki, oyuna qısa bir müddət qalmasına baxmayaraq məşqlərin başlanılması təxirə salınıb. Bu gündən etibarən tim oyuna hazırlıq məşqlərinə başlanmalı idi. Lakin oyunçuların etirazı səbəbi ilə tətil olunub.
Oyunçuların məşqlərini tətil eləməsinin və bazar ertəsi məşqə gəlməmələrinin əsas səbəbi kimi komandada yaranan maliyyə problemləri göstərilir.