İdmanİran

“Urmu 90” komandası növbəti qələbəsini qazandı

Birinci Liqa futbol maçlarının dördüncü həftəsində “Urmu 90” futbol kamandası “Rika Babal” klubunu qonaq edib.

Aznews.tv xəbər verir ki, ötən gün Urmunun “Taxti stadionu”nda baş tutan görüş 1:0 ev sahiblərinin xeyrinə nəticələnib.

Oyunun 12-ci dəqiqəsində “Urmu 90” futbol kamandası Əlirza Qasıminin qolu ilə 1:0 meydan sahibləri irəli düşüb və bu qalibiyyət oyunun sonunadək davam edib. Sonuncu qələbə ilə “Urmu 90” komandası 9 xal qazanaraq birinci liqanın dördüncü həftəsində ölkə üzrə üçüncü olublar.

Qeyd edək ki, “Urmu 90” futbol klubu öncəki oyunlarında “Elm və Ədəb Tabriz” komandasını 2-1 , “Sepid Rud”u 1-0 hesabı ilə məğlub etmiş, “Alminiyom Ərak” komandasına isə 1-0 hesabı ilə məğlub olmuşdur. Beləliklə, “Baderan Tehran” 10 xalla birinci, “Fəcr Sipasi” və “Urmu 90” komandaları isə 9 xalla müvafiq olaraq iki və üçüncü yerdə qərarlaşıblar.

Related Articles

Bir cavab yazın

Back to top button