Cəmiyyətİran

Urmu Bələdiyyəsinin təşəbbüsü ilə təşkil edilən Jurnalistlər günündə nə baş verdi?

Ənənəyə çevrilən «Jurnalistlər günü» Urmu bələdiyyəsi tərəfindən qeyd olunub.

Mərasimdə çıxış edən Bələdiyyə başçısı Həzrətpur və Şəhər Şurasının rəisi İmamzadə Əlizadə türkcə danışan zamanı şura şəhərinin sözçüsü Məhəmmədxalid Hatəmi bələdiyyə başçısına etiraz edib, ondan farsca danışmasını istəyib. Bələdiyyə başçısı isə türk dilində çıxışına davam edib.

“Mənim azərilərlə heç problemim yoxdur! Amma türk olmayan mərasim iştirakçılarına görə, ölkənin milli dili olan farsca danışın», – deyə Hatəmi bildirib.

Bundan sonra, Bələdiyyə başçısı «cümlələri fars dilinə çevirməkdə çətinlik çəkirəm. Mənim də kimsə ilə problemim yoxdur», – deyərək çıxışına davam edib.

Mərasimdə Təsnim xəbər agentliyinin jurnalistlərinə bələdiyyə tərəfindən hədiyyə və təqdir lövhü verilib.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button