Site icon Aznews TV

Urmu gölü ilə bağlı yeni aksiyalar keçiridi

Avqustun 6-da müxtəlif bölgələrdə keçirilən aksiyalar zamanı  Təbrizin ictimai yerlərində ekoloji problemi və azərbaycanlıların istəklərini əks etdirən plakatlar asılıb, posterlər yayılıb.

Urmu gölünün fotosu əks olunan plakatların üzərində ingilis dilində “Urmu gölünü xilas edin!”, “fars rasizminə yox!” və “Ədalət, Azadlıq, Milli hökumət!” şüarları yazılıb.

Bununla yanaşı,  bir neçə qrup dağçı və ekofəal Savalan dağına yürüş edərək,  orada plakatlar qaldıraraq  ekoloji problemlə bağlı sosial mediada paylaşımlar ediblər.

“Duz fırtınaları vasitəsilə azərbaycanlıları öz yurd-yuvalarından çıxarmağa ümid edənlər bilməlidirlər ki, Azərbaycan xalqının qiyamı ilə Azərbaycanı istismar etmək siyasətlərinə son qoyulacaq!”, “Urmu gölü susuzdur!”- dağçı ekofəalların plakatlarında qeyd olunub.

Exit mobile version