Ətraf Mühitİran

Urmu gölündə flaminqoların sayı artdı

Urmu gölündəki flaminqoların sayı 50 mini keçib.

Aznews.tv xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Çevrə Mühafizəsi Baş Texniki müavini Höccət Cabiri Urmu gölünün nisbi vəziyyətinin yaxşılaşmasından danışarkən deyib. Onun sözlərinə görə gölün su səviyyəsi artandan sonra orada yaşayan köçəri quşlar, o cümlədən flaminqoların sayında ciddi artım müşahidə edilir:

“Son illərdə flaminqoların və başqa quşların sayı su səviyyəsinin kəskin aşağı düşməsi, xüsusilə, artemiyanın olmaması səbəbindən demək olar ki, sıfıra enmişdi. Flaminqolar artemiya ilə qidalanan sosial quşlardır. Adətən, avqust ayında cücələməyə hazırlaşarlar və 24 gün yumurtalanmadan sonra cücə çıxarırlar. 40 gün sonra isə bu cücələr qanadlanıb uça bilir”.

Hazırda Urmu Gölü Milli Parkı ilə yanaşı Sulduzda Həsənli talabları və Kani Barazan Mahabad ərazilərində də 20 min flaminqo yaşayır.

Related Articles

Bir cavab yazın

Back to top button