Site icon Aznews TV

Urmu gölünün quruması ətraf bölgələrdə kənd təsərrüfatının məhvinə səbəb olub

Urmu gölünün quruması müxtəlif ekoloji problemlərlə yanaşı kənd təsərrüfatı sahəsinində ciddi ziyan görməsinə və yüzlərlə hektar ərazidə bağların məhv olmasına səbəb olub.

Ekoloqların və çevrə fəallarının verdiyi məlumata görə, Şərqi Azərbaycan əyalətinin Binab və Şəbistər bölgələrində duz fırtınaları və yeraltı su qaynaqlarının şorlaşması nəticəsində badam bağları quruyaraq aradan gedib.

Məsələ ilə bağlı açıqlama verən Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı Təşkilatının başçısı Əkbər Fəthi faktı təsdiqləyib.

O, badam bağları ilə yanaşı bölgə əhalisinin iqtisadi gəlir əldə etməsində önəmli rol oynayan uzum meynəliklərinin də məhv olduğunu deyib.

Exit mobile version