Site icon Aznews TV

Urmu gölünün son görüntüləri yayıldı

Görüntülərdən Urmu gölünün 90 faizdən çoxunun quruduğu məlum olur.

Ekoloqlar bərpa işləri aparılmadığına görə Urmiya gölünün sentyabr ayında tamamilə quruyaraq yox olacağını bildiriblər.

Qeyd edək ki, Urmu gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji su həcmi isə 15,5 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Hazırda Urmu gölünün sahəsi 682 kvadrat kilometrə qədər kiçilib,
su həcmi isə 900 milyon kubmetrdən azdır.

Exit mobile version