İran

“Güney Azərbaycanda Zəfər Günü qarşılanır”

“Zəfər Günü”nün birinci ildönümü münasibətilə Güney Azərbaycan şəhərlərində toplu şəkildə divar rəsmləri, yazıları və qrafitilər həkk edilib.

“Zəfər Günü”nün birinci ildönümü münasibətilə Güney Azərbaycan şəhərlərində toplu şəkildə divar rəsmləri, yazıları və qrafitilər həkk edilib.

Güney Azərbaycan Milli Hərəkatının fəalları Azərbaycan Cumhuriyyətinin İkinci Qarabağ savaşında qələbəsinin və “Zəfər Günü” adlı tarixi Şuşa şəhərinin azad edilməsinin ildönümü ilə bağlı Təbriz, Ərdəbil, Zəngan və Urmu şəhərlərində geniş divar rəsmləri çəkiblər.

Azərbaycan Cumhuriyyəti ötən il “Vətən Müharibəsi” adlı 44 günlük savaş zamanı Ermənistanın 30 il boyu işğalda saxladığı tarixi ərazilərini azad edib. Savaş zamanı Arazın cənubunda yaşayan azərbaycanlılar dəfələrlə Arazın şimalındakı azərbaycanlılara və türk ölkələrinin birliyinə öz dəstəklərini göstəriblər.

Related Articles

Bir cavab yazın

Back to top button