Azərbaycan

Təbrizdə partlayış nəticəsində üç ev dağılıb-Ölən və yaralananlar var

Təbrizdə partlayış baş verib. Bu barədə Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya məlumat verib.

Məlumata görə, martın 8-i gecə saatlarında Təbrizin Əhmədabad məhəlləsində qaz partlayışı nəticəsində üç ev dağılıb.

Onun sözlərinə görə, dağıntılar altında qalan 8 nəfər çıxarılaraq xəstəxanaya köçürülsələrdə onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Şadiniya 22 yaşlı gəncin həyatını itirdiyini, daha üç nəfərin durumunun ağır olduğunu və dörd yaralının isə müalicəsinin davam etdiyini bildirib.

 

Related Articles

Bir cavab yazın

Back to top button