Dünya

Amerika korona vaksininin düzəldilməsi üçün sərmayəni artırıb

Amerika kovid-19 üzrə ehitimal olunan vaksininin düzəldilməsinə Modernanın sınaqları və araşdırmalarına sərmayə yatırımını iki qat artırıb.
Moderna Davadüzəltmə Şirkətinin bildirdiyinə görə, öncəki rəqəm olan 483 milyon dolara 472 milyon dolar da artırılıb.
Bildirək ki, Moderna Şirkətinin sınanılacaq vaksini kovid-19 virusuna qarşı 3 vaksindən biridir. Onun ilkin işəyararlığının nəticələri üzərində düşüncə mübadiləsi olub. Digər ölkələrdə də başqa vaksinlər yoxlanılmaqdadır.
Bir müddət qabaq Moderna və Merk And Ko Şirkətləri Amerika Konqrəsinin bir toplantısında vurğulamışdılar ki, korona üzrə ehtimal olunan vaksindən qazanc gözləyirlər. Onu ancaq çəkdikləri bilqüvvə həzinələrinin təmin olunması üçün satmayacaqlar.
Moderna, eləcə də Astra Zeneka Şirkəti vaksinin düzəldilməsi üçün Amerika dövlətinin yardımlarından yararlanan şirkətlər sırasındadır.

Related Articles

Bir cavab yazın

Back to top button