Ətraf Mühitİran

Urmu şəhərində Şəhərçayı çayında lil təmizləmə işləri 40 günə başa çatacaq – Cəfəri

Son günlərdə yağan yağışlar Urmunun bəzi kəndlərində daşqına səbəb olub.

Aznews.tv “Farsnews” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Fövqəladə Hallar Təşkilatının rəisi Əmir Abbas Cəfəri məlumat verib.

“Çayda lil təmizləmə işlərinin bir hissəsi yekunlaşıb, qalan işlər isə 40 gün içində tamamlanacaq. Sosial şəbəkələrdə son günlərdə bu çayda təmizlənmə işlərinin aparılamadığı üçün sel sularının axma ehtimalı barədə xəbərlər yayılsa da, demək istəyirəm ki, çayda bir çox təmizləmə işləri Urmu bələdiyyəsi tərəfindən həyata keçib. Qalan işlər də 40 gün ərzində yekunlaşacaq. Şübhəsiz ki, heç bir problem yaranmayacaq və şəhər əhalisinin narahat olmasına dəyməz. Həmçinin, su anbarlarının daşma ehtimalı verilmir. Lakin bu neçə gün içində, xüsusilə, hündür yerlərdə, ildırım çaxma ehtimalı verilir. Soydaşlarımız ehtiyatlı olmalıdır. Alpinistlər sabah ucalıqlara getməməli və ümumiyyətlə, çaylaqlar və dərələrdən uzaq olmaq lazımdır. Həmçinin, şiddətli külək olacaq. Hamını ehtiyatlı olmağa çağırıram”, – deyə, Cəfəri bildirib.

Qeyd edək ki, Urmu çayının təmizlənməsi məsələsi bir neçə ay bundan əvvəldən gündəmə gəlmişdi. Yay fəslinin əvvəllərində başlanması daha məqsədə uyğun olsa da, bəlli deyil nə üçün belə təxirə salınıb. Xüsusilə, son günlərdə Urmu şəhərində, eləcə də ətraf kəndlərdə yağan yağış və dolular nəticəsində bəzi yerlərdə sel axıb və bu, çayın təmizləmə işlərinə maneə ola bilər. Əgər 40 gün əvvəl işlər başlasaydı, indi sona çatmışdı.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close