Site icon Aznews TV

Urmu stadionunda milli şüarlar səsləndirilib

Mayın 17-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin “Bakiri” stadionunda İsfahanın “Vənpars” və Urmunun “Nəvəd” futbol komandaları arasında keçirilən görüşdə milli haqlarla bağlı türkcə şüarlar səsləndirilib.

Azərbaycanlı tamaşaçılar “türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarları ilə yanaşı “Vətən bizə ana, biz əsgərik ona” şeirini oxuyublar.

Qeyd edək ki, xüsusilə son illər milli-mədəni fəallar müxtəlif yarışlar, tədbirlərdə İranda türk dilinə qarşı qadağalar, müxtəlif sahələrdə uyğulanan ayrı-seçkilik siyasətlərinə qarşı şüarlar səsləndirir, İran hökumətinə etirazlarını bildirirlər.

Exit mobile version