Site icon Aznews TV

Urmuda əməkçilər etiraz aksiyası keçiriblər

İyulun 31-də Qərbi Azərbaycanın mərkəzi Urmu şəhərində təqaüdçülərin və Rabitə Nazirliyi işçilərinin növbəti etiraz aksiyası keçirilib və başqa bir neçə şəhərdə keçirilən aksiyalar qarşıdurma ilə nəticələnib.

Narazılar məişət problemlərinin çoxalması. təqaüdlərinin azlığı və əmək haqlarının bərabərləşdirilməməsinə etirazlarını bildiriblər.

Şərqi Azərbaycan, Əlborz, Xuzistan, tehran, Kirmanşah, Xorasan və başqa bir neçə əyalətdə keçirilən aksiyalara polis müdaxilə edib, Tehranda keçirilən aksiyada etirazçılar döyülüb və bir neçə narazı həbs edilib.

Qeyd edək ki, İbrahim Rəisi prezident seçildikdən bu günə müxtəlif sahələrdə olduğu kimi təqaüdçülər də məişət problemlərinin çoxalması və ödənişlərin azlığına etiraz olaraq davamlı aksiyalar keçirirlər.

Rəisi hökumətinin problemin həlli ilə balı verdiyi vədlərin heç birinin yerinə yetirilməməsini deyən etirazçılar, yaxın vaxtlarda daha geniş və davamlı aksiyalara başlayacaqları barədə xəbərdarlıq ediblər.

Exit mobile version