Araşdırma & TəhlilDünyaİranSeçilmiş xəbərlər

Urmuda 11 ildir xəstəxananın tikintisi tamamlanmır – SƏBƏB

 

Urmu şəhərinin cənubunda yerləşən xəstəxananın tikintisi yarımçıq saxlanılıb.

Aznews.tv xəbər verir ki, 450 çarpayıdan ibarət olan xəstəxananın tikilişi 11 ildir tamamlanmır. İranın Qərbi Azərbaycan əyalətinin səhiyyə və tibb elmləri üzrə qurumun rəhbəri Cavad Ağazadə layihə büdcəsinin azlığından şikayətlənib və belə davam edərsə, xəstəxananın 50 ilə tamamlanacağını bildirib.

O, bundan öncə 2 milyard tümənlik büdcəyə sahib olan layihənin memarlıq problemlərinin də olduğunu açıqlamışdı.

Ötən illərdə müəssisənin özəl sektora verilməsi haqqında xəbərlər də yayılmışdı.

Qeyd edək ki, İranın Qərbi Azərbaycan vilayətinin Tibb Elmləri Universiteti tərəfindən inşa edilən xəstəxana şəhərin qədim xəstəxanasının yerində inşa olunur. Bu layihə başlayarkən müəssisənin bölgədə ən böyük xəstəxanalardan biri olması nəzərdə tutulmuş və geniş təbliğatı aparılmışdı. Amma 11 il keçməsinə baxmayaraq xəstəxananın tamamlanmaması, layihə üçün lazımi addımların atılmadığını göstərir.

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button