Site icon Aznews TV

Urmuda çörək qıtlığı yaranıb

Bu barədə urmulu sosial media fəalları məlumat və fotolar paylaşıblar.

Onların bildirdiyinə görə, bir neçə aydır Urmu şəhərində toyuq əti qıtlığı yaşandığı halda, indi də çörək qıtlığı problemi vətəndaşların narazılığına səbəb olub.

“Çörək almaq üçün vətəndaşlar gecə yarısı mağazaların qarşısında növə tutmağa məcbur olurlar”,- fəalların yaydıqları məlumatlarda bildirilir.

Qeyd edək ki, oxşar problem Təbriz şəhərində də yaranıb və vətəndaşlarla çörək sexləri sahibləri arasında insidentlər baş verib.

Exit mobile version