Site icon Aznews TV

Urmuda həbsxanasında tibbi yardım göstərilmədiyinə görə məhkum ölüb

İnsan haqları təşkilatlarının yaydıı məlumata görə, 47 yaşlı Nasir Hüseynpurun dəfələrlə həbsxana rəhbərliyinə müraciət etməsinə baxmayaraq, tibbi məzuniyyətə buraxılması vəya müalicəsi üçün icazə verilmədiyi bildirilir.

Qeyd edək ki, 2022-ci ildə Beynəlxalq Əfv Təşkilatı İran zindanları ilə bağlı yayınladığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

“İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-deyə, hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-i Urmiya şəhərinin zindanının “payına düşür”.

Exit mobile version