Urmuda koronavirusun təkrar çoxalması və yayılmasının qarşısını almaq üçün mehrin 18-nə qədər sinemalar tətil edilib. Bu barədə Qərbi Azərbaycan ustanının Hünər sahəsinin rəisi Huşmənd Qərəbağ məlumat verib. O, mask və sosial məsafənin qorunmasına rəğmən, koronavirusla mübarizə üçün belə bir qərarın alınmasına məcbur qalındığını bildirib.
Qeyd edək ki, Urmu şəhərinin toplam 3 sinema binası və 4 salonu var. ancaq həmin bina və salonların ciddi təmirə ehtiyacı var. Koronavirus böhranından öncə Urmunun sinema sahəsində ciddi büdcə müşkülləri yaranıb. Müşküllərin ən başlıcası isə türk dilində məhsulların yetərincə çəkilib bazara göndərilməməsidir. Bu sahədə son illərdə bəzi gəlişmələr olsa da, yeni Azərbaycan sinemaçılarının əsas çətinliklərindən biri sərmayə yoxluğudur.
Urmuda kinoteatrlarda tətil elan edilib
