Site icon Aznews TV

Urmuda milli fəallar həbs edilib

Bundan bir neçə gün çağrılan aksiyaya qatılan fəallar əllərində “Urmu gölünün ölümü Azərbaycanın ölümüdür, oyan Azərbaycan” yazılmış plakat tutaraq ekoloji faciəyə dinc şəkildə diqqət çəkmək istəyiblər.

Hökumət məmurları heç bir şüar səsləndirməyən aksiya iştirakçılarına qarşı güc tətbiq edib, onların əllərindən plakat və yazılı vərəqələri alaraq zorla bölgədən uzaqlaşdırmağa çalışıb.

Buna etiraz edən bir neçə nəfərin saxlanılaraq naməlum yerə aparıldıqları, onlardan Əli Hacməhəmmədi və Həsən Rəvaninin kimliklərinin dəqiqləşdirilə bildiyi qeyd olunub.

Exit mobile version