Site icon Aznews TV

Urmuda öldürülən daha bir yeniyetmənin kimliyi bəlli olub

Qərbi Azərbaycan əyalətinin Salmas şəhərindən olan və əyalət mərkəzi Urmuda yaşayan Nima Şəfiqdustun meyiti oktyabrın 5-i axşam saatlarında ailəsinə verilib.

Etiraz aksiyaları zamanı xüsusi təyinatlı qüvvələrin birbaşa atəşi nəticəsində qətlə yetirilən yeniyetmənin ailəsinin təhdid edildiyi deyilir.

Ailəyə yaxın mənbələrin verdiyi məlumata görə, təhlükəsizlik məmurları Nimanın ailəsinə məsələnin ictimailəşdirilməməsi və dəfn mərasiminin səs-küysüz keçirilməsi barədə xəbərdarlıq ediblər.

Exit mobile version