İqtisadiyyatİran

Urmuda türkiyəli investorların sərmayə yatırması üçün əlverişli şərait mövcuddur

Ölkədə istehsal olunan mallara oxşar malların idxalına qoyulan qadağa Türkiyədən olan istehsalçılara İranda sərmayə qoymaq üçün əlverişli fürsət yaradıb.

Aznews.tv “Farsnews” xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan Sənaye, Mədən və Ticarət Təşkilatının rəis vəzifələrinin müvəqqəti icraçısı Məhəmməd Dehqan Türkiyənin İrandakı Baş Konsulluğunun Ticarət Attaşesinin Urmu şəhərindən etdiyi görüşlə bağlı danışarkən deyib.

“Qərbi Azərbaycan vilayətində xarici sərmayədarların artması məqsədi ilə Bekir Sedig Kızmaz ilə görüş keçirilib və danışıqlar aparılıb. İran İslam Respublikası ilə Türkiyə arasında yaxşı əlaqələr hökm sürdüyünə görə, həmin ölkədən olan investorların İranda sərmayə yatırması üçün əlverişli şərait mövcuddur. Xüsusilə, Qərbi Azərbaycanda mövcud olan resursları nəzərə alsaq, toxuculuq və geyim istehsalı sahəsində daha əlverişli və realdır. İstənilən xarici investoru həvəsləndirən amillərdən biri enerji sərfiyyatının ucuz olmasıdır. Digər amillər isə vilayətimizin əhəmiyyətli bölgədə yerləşməsidir. Belə ki, İranla Azərbaycan arasında körpü rolunu oynamaq imkanı ilə şimal- cənub dəhlizinin yaranmasında böyük rol oynaya bilər. Digər tərəfdən Maku Azad Ticarət Zonası mövcud olan imkanlar üçün daha əlverişlidir. Nəzərə alsaq ki, yerli istehsalçılara dəstək vermək məqsədi ilə xaricdə istehsal edilən oxşar malların idxalına qadağa qoyulub, indi Türkiyədən olan istehsalçılar üçün İranda sərmayə yatırmaq daha əlverişlidir. Toxuculuq və geyim sənayesi, mədən istismarı və emalı, neft kimya sənayesi, nəqliyyat və lojistik sahələrinin üstün sərmayə sahələri olması ilə bağlı Türkiyə Səfirliyinin Ticarət Attaşesinə məlumat verilib. Əsas məqsədimiz odur ki, oktyabr ayında Urmu şəhərində keçiriləcək tədbirdə qeyd edilən sahədə Türkiyənin ən tanınmış şirkətlərinin rəhbərlərinin iştirakı üçün lazımı şərait yaransın”, – deyə, Dehqan bildirib.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button