Cəmiyyətİran

Urmuda üç milli aktivistin Təcdid Nəzər Məhkəməsi baş tutub

Oktyabrın 9-u Urmuda üç milli aktivistin Qərbi Azərbaycan Vilayətinin Təcdid Nəzər Məhkəməsinin birinci şöbəsində Nəim Mahbubinin hakimliyi ilə məhkəmə prosesi keçirilib.

Aznews.tv xəbər verir ki, bəraət alan Azərbaycan milli fəalları Əmir Səttari, Ulduz Qasımi və Cavad Əhmədi Yekaninin pərvəndələri (dusyaları) Urmu dadistan müavininin hökmə etiraz etməsi səbəbindən yenidən incələnib.
Təbriz həbsxana məsulları orada saxlanılan Əmir Səttarinin məhkəməyə qatılmasına izn vermədikləri üçün o, Urmu məhkəmə iclasında iştirak edə bilməyib.

Hakim Məhbubi isə Ulduz Qasımi və Cavad Əhmədinin türk dilində yazdığı müdafiə sənədini qəbul etməkdən imtina edib.

Xatırladaq ki, bu üç milli aktivist 2006-ci ildə (1385) baş verən Güney Azərbaycan qiyamı ilə əlaqədar Sulduz şəhərində şəhid düşənlərin 11-ci il dönümü ərəfəsində əmniyyət qüvvələri tərəfindən saxlanılıb, daha sonra girov qarşılığında azad buraxılmışdılar.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close