İdmanİran

Urmulu yeniyetmə oğlanlar çempion oldular

Urmulu yeniyetmə oğlanlar sürət üzrə skeyt yarışlarında çempion olublar.

Aznews.tv xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Skeyt Heyətinin katibi Rəsul Şərəfi jurnalistlərə açıqlaması zamanı deyib.

Urmunun “Qaim” klubu 11-ci dövrün sürət üzrə skeyt liqasında çempionluq qazanıb.

Məlumata görə, yarışlar ölkənin başa-başından iştirak edən 15 klub ilə 1 gün müddətində Tehranın “Azadi İskeyt Akademiyası”nda keçirilib. Urmudan sonra Buşehrin “Yüzilyanu” klubu ikinci, İsfəhanın “20-20” klubu üçüncü, Urmunun “Artımya” klubu isə dördüncü yerləri qazanıblar.

Xatırladaq ki, Qərbi Azərbaycanın oğlan yeniyetmələri keçən il də bu yarışlarda ikinciliyi əldə etmişdilər. Eləcə də ölkə üzrə yeniyetmə oğlanların sərbəst çempionatı liqasının ilk mərhələsində 2 nəfər ikincilik, bir nəfər isə üçüncülüyü qazanıblar.

Related Articles

Bir cavab yazın

Back to top button