İqtisadiyyatİran

Urmuya 4 meyvədən başqa meyvələrin idxalı qadağandır

Urmuya 4 meyvədən başqa meyvələrin idxalı qadağandır.

Aznews.tv xəbər verir ki, bu sözləri Urmiyə Bələdiyyəsinin Meyvə və Tərəvəz Birliyinin rəisi Qasim İzzəti “Barış” xəbər agentliyinə danışarkən deyib.

“Dərilmədən ağac diblərinə tökülən almaların qiyməti cəhad tərəfindən indiyə kimi elam edilməyib. Hal-hazırda qiymətlərin elam edilməsini gözləyirik. Meyvələrin qiyməti yığılmadan öncə bildirilməlidir. Təəsüf ki, məsələ indiyə kimi belə davam etmişdi, bu da əkinçilərin xeyir görməməsinə səbəb olur. Hazırda almanın qiyməti Tərəbar meydanında keyfiyyətinə görə 3 mindən 5 minə kimi satılır. Hələlik 4 meyvə – ananas, moz, nargil və ənbədən çıxmaq şərti ilə başqa meyvələrin Urmu ustanına idxalı qadağandadır”, – Qasım İzzəti bildirib.

Xatırladaq ki, cari ilin mart ayından sonra 40 min ton alma Urmunun soyuq anbarlarında çürüdü. Qərbi Azərbaycanda urmu gölünün susuzluq prablemlərini bilərək və ya bilməyərəkdən bir çox hallarda su qiymətindən aşağa satılan meyvələr istehsal olunur. Bu məsələyə dönələrcə muhit zist mütəxəssisləri tərəfindən xəbərdarlıq edilib.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button