Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Vərziqanda Səfəvilər dövrünə aid karvansara yox olmaq üzrədir

Şərqi Azərbaycan əyalətinin Vərziqan bölgəsinin Üzamdil mahalının Bərazin kəndi yaxınlığında yerləşən daha bir tarixi abidə tamamilə məhv olmaq üzrədir. Bu barədə yerli mədəni fəallar fotolar paylaşıblar.

Səfəvilər dövrünün sonu və Qacar sülaləsinin əvvəllərində inşa edilən və Azərbaycanın ən böyük tarixi
karvansaralarından biri olan tikilinin qanunsuz tarixi əşya qaçaqmalçıları tərəfindən dağıdıldığı bildirilir.

Mədəni fəallar bundan əvvəl də abidənin yenidən qurulması ilə bağlı bir neçə dəfə əlaqədar dövlət qurumlarına məktub yazdıqlarını, ancaq heç bir cavab ala bilmədikləri üçün məsələni yenidən ictimailəşdirdiklərini yazıblar.

Vərziqan karvansarası 19 mart 2007-ci ildə 18912 qeydiyyat nömrəsi ilə İran milli əsərləri siyahısına salınsa da, bərpasına vəsait ayrılmır.

Related Articles

Bir cavab yazın

Back to top button