Site icon Aznews TV

Vəziyyət qorxuludur: Ukrayna əsgərləri ölümə gedir…

bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp administrasiyasında müdafiə nazirinin müşaviri olmuş polkovnik Duqlas Makqreqor deyib.

“Ukraynalı həkim və tibb bacıları yaralıların çoxluğu səbəbindən çox yükləniblər. Xeyli ukraynalı əsgər var ki, hərbi uniformanı geyinməyə məcbur olur və zəif hazırlıqla cəbhəyə gedir, sonra güclü atəş altında anlayır ki, zabitləri onları atıb”, – polkovnik bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçilərinin bir qismi ruslara təslim olur, bəziləri isə döyüş meydanından qaçır və Kiyevin gizli polisinin əlinə düşərək cəzalanırlar.

Makqreqor iddia edir ki, Ukrayna Müdafiə Nazirliyi pulların hədər yerə xərclənmədiyini Vaşinqton, Brüssel və NATO-ya sübut etmək üçün düşünmədən çağırışçıları ölümə göndərir.

“Vəziyyət həqiqətən qorxuludur”, – o qeyd edib.(axaraz)

Exit mobile version