Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Vaşinqton və Pekin ixrac məhdudiyyətlərinin bir hissəsinin ləğvi planını razılaşdırıblar

ABŞ və Çin nümayəndələri Londonda keçirilmiş danışıqlarda ikitərəfli ticarətdə məhdudiyyətlərin qismən aradan qaldırılması və ÇXR-dən nadir torpaq metallarının tədarükünün təmin edilməsi barədə sövdələşmələrin həyata keçirilməsi planını razılaşdırıblar.

“ANT” “NBC News”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Latnik jurnalistlərə bildirib.

“Biz Cenevrə konsensusunun həyata keçirilməsi üçün çərçivə razılaşmalarına nail olduq”, – o, mayın 10-11-də Cenevrədə əldə edilmiş qarşılıqlı rüsumların qismən azaldılması barədə razılaşmaları nəzərdə tutaraq qeyd edib.

Latnikin sözlərinə görə, tərəflərin razılaşdırdığı plan ABŞ Prezidenti Donald Tramp və ÇXR sədri Si Cinpinin təsdiqinə təqdim ediləcək.

“Biz bu çərçivə razılaşmalarının həyata keçirilməsinə Prezident Tramp və <…> ÇXR sədri tərəfindən təsdiqləndikdən sonra başlayacağıq. Biz, şübhəsiz ki, nadir torpaq metalları və maqnitlər məsələsinin ABŞ-yə tədarüklərinə münasibətdə razılaşmaların çərçivə həyata keçirilməsi yolu ilə həll olunacağını gözləyirik”, – Latnik vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button