Site icon Aznews TV

“Vejnəli qızıl yatağının ərazisi minalardan təmizlənib, tədqiqata başlanılıb”

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev noyabrın 4-də Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə – partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpası prosesində təhlükəsizliyi təmin edən Azərbaycan Minatəmizləmə Agentliyinin fəaliyyəti xüsusi qeyd edilməlidir: “Son dərəcə riskli işlərinə görə biz ANAMA-nın və digər ixtisaslı qurumların əməkdaşlarına minnətdarıq.

Əminəm ki, mina probleminin həlli regionda meşə fondunun və biomüxtəlifliyin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, milli parkların yaradılması, yaşıllıq massivlərinin artırılması və bununla da işğaldan azad olunmuş ərazilərdə ekosistemin bərpasına, sağlam ətraf mühitin yaradılmasına böyük təkan verəcək”-deyə, nazir əlavə edib.

Exit mobile version