CəmiyyətDünya

Venesuela zəlzələyə görə Türkiyəyə başsağlığı verdi

Venesuela bazar ertəsi günü İran sərhədi yaxınlığında baş vermiş ölümcül zəlzələ ilə əlaqədar olaraq Türkiyəyə başsağlığı verib.

Bu haqda məlumatı Xarici İşlər naziri Xorxe Arreaza öz rəsmi Tvitter səhifəsində verib.

“Prezident Nikolas Maduro Venesuela xalqı və hökuməti adından, fevralın 23-də Türkiyə-İran sərhədində baş verən zəlzələdən sonra Türkiyə və İran xalqları və hökumətləri ilə mütləq həmrəyliyini ifadə edir” – deyə məlumatda bildirilir.

Xatırladaq ki, bazar günü Türkiyənin şərqində 5.9 bal gücündə zəlzələ baş verdikdən sonra ən azı 9 nəfər ölüb, 50 nəfər yaralanıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close