Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Vilayətindən Zəngəzurla bağlı yeni açıqlama – İmkan verməyəcəyik!

“Cənubi Qafqaz elə sahibsiz regiondur ki, Tramp onu icarəyə götürsün?”

Bunu İranın rəhbəri Əli Xaməneinin müşaviri Əli Əkbər Vilayəti Amerikada imzalanan üçtərəfli bəyannamə barədə danışarkən deyib.

Vilayəti, İranın Qafqazda qurulması planlanan “amerikan dəhlizi”nin qarşısını alacağını deyib:

“Qafqaz dünyanın ən həssas coğrafi nöqtələrindən biridir. Sözügedən yol Trampın mülkiyyətində olan dəhlizə yox, Trampın muzdlularının məzarlığına çevriləcək. Tramp elə bilir ki, maklerdir və torpaq, bölgə icarəyə götürə bilər”.

Xaməneinin müşaviri məsələ ilə bağlı Tehranın əvvəlki iddialarını yenidən təkrarlayıb və dəhlizin açılmasını “İrana qarşı planın tərkib hissəsi olduğunu” iddia edib:

““Zəngəzur dəhlizi”nin yaradılması İranın şimal və şimal-qərbdəki yol əlaqələrini yalnız Türkiyə ilə məhdudlaşdıracaq. Bu təxribat həyata keçsə, Cənubi Qafqazın təhlükəsizliyi təhdid olunacaq. İran isə bu təhlükənin qarşısını almaq üçün hərəkət edəcək. Rusiya ilə, ya da Rusiyasız”.

O, bu dəhlizin sadəcə ticarət yolu deyil, “İran və bəzi qonşu ölkələrə qarşı siyasi təxribat” olduğunu barədə fikirlərini yenidən səsləndirib:

“NATO üzvü olan Türkiyə ilə yanaşı, digər NATO ölkələri də bu bölgəyə yerləşmək istəyir. NATO İranla Rusiya arasında ilan kimi uzanmaq istəyir. İran buna icazə verməyəcək”.

Əli Əkbər Vilayəti həmçinin bildirib ki, sözügedən dəhliz gələcəkdə Ermənistanın parçalanmasına gətirib çıxaracaq:

“Heç bir xalq öz torpağının parçalanmasına razı olmaz, hətta hökuməti qeyri-sabit mövqelər sərgiləsə də. Bu dəhliz regionun geosiyasi vəziyyətini dəyişdirir, sərhədləri dəyişməyə səbəb olur və Ermənistanın parçalanması üçün nəzərdə tutulub”.

Qeyd edək ki, bu son 1 ay ərzində Vilayətinin Zəngəzur dəjlizi ilə bağlı dördüncü bəyanatıdır.

O, bundan əvvəl dəjlizin açılmasının “İranı mühasirə etmək planının tərkib hissəsi olduğunu” deyib, Tehranın buna qarşı istənilən önləyici hərəkəti etməkdə haqlı olduğunu söyləyib.

Məsələnin maraqlı tərəfi isə bundan ibarətdir ki, Vilayəti bəyanatlarında Ermənistanın ABŞ və Qərblə münasibətlərinə toxunmadan bütün baş verənlərdə Azərbaycan Respublikasını hədəf alır.

Related Articles

Bir cavab yazın

Back to top button