Azərbaycan

Güneyli fəal Siyamək Qaradağlı həbs edilib

Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Qaradalı iyulun 1-də İran təhlükəsizlik məmurları tərəfindən Kəleybər şəhərində həbs edilərək Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Təbrizdəki təcridxanasına köçürülüb.

Həbsindən bir neçə gün sonra ailəsi ilə qısa müddətli telefon əlaqəsi saxlayan Qaradağlı iyulun 16-da prokurorluğa aparıldığı və yenidən təcridxanaya qaytarıldığını bildirib.

Şərqi Azərbaycanın Əhər şəhərindən olan milli fəal Təbrizdə yaşayır və elektrik mühəndisliyi fakültəsini bitirib.

Onun hər il iyunun sonu, iyulun ilk günlərində Bəzz qalasında keçirilən illik Babək qurultayına qatıldığı üçün saxlanıldığı ehtimal edilir.

Related Articles

Bir cavab yazın

Back to top button